«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Hayko Maas hal-hazırda Rusiyanın G7-yə qayıtmasını «o qədər də real» hesab etməydiyini bildirib.
«Hazırkı vəziyyətdə bu, o qədər də real deyil» - deyə, nazir «Şpigel»in müxbirinin sualına cavab verərkən bəyan edib.
«Biz, Rusiyadan tələb etməliyik ki, o, beynəlxalq siyasətdə konstruktiv iştirakını bərpa etsin» - deyə, nazir əlavə edib.


Şərhlər