Menu

"Barcelona" məğlubiyyətsiz matçların sayına görə rekorda imza atıb

15.04.2018, 10:18
"Barcelona" məğlubiyyətsiz matçların sayına görə rekorda imza atıb

"Barcelona"nın futbolçuları İspaniya çempionatında məğlubiyyətsiz matçların sayına görə rekorda imza atıblar."Report" xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.

Qeyd edilir ki, Katalon klubu 32-ci turun matçında "Valensiya" üzərində qələbədən sonra məğlubiyyətsiz oyunlarının sayını 39-a çatdırıb. Oyun "Barcelona"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bundan əvvəlki rekord göstərici "Real Sosedad" komandasına məxsus olub. Komanda 1979-1980-ci illərdə məğlubiyyətsiz 38 matç oynayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol