“AzPolitika.info”nun məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun məmurlar qarşısındakı son çıxışı sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
İlk olaraq, kənd təsərrüfatında qayda-qanun yaradılması ilə bağlı tapşırıqlarını verən dövlət başçısı, daha sonra idxal monopoliyasını kəskin tənqid edərək, ciddi xəbərdarlıq edir. Ardınca Lukaşenko üzünü yerli icra hakimiyyəti orqanlarına tutur və bildirir ki, əhalinin onların fəaliyyətindən narazılığı pik həddə çatıb. Deyir ki, məmurlar özlərini və övladlarını mənzillərlə təmin edirlər.
Prezident korrupsiya hallarına yol verənlərin çox ciddi və hətta qəddar formada cəzalandırılacağını söyləyib: “İcra hakimiyyətlərinə rəhbərlik edənlərdən baş nazirə qədər, hər kəs eşitsin! Rəhm edəcəyimi də gözləməyin... Elə bilməyin ki, sizi müəyyən edib üzə çıxarmaq çətin olacaq. Hər şey göz önündədir. Baxın kişilər, kasıb olub azadlıqda qalmaq, varlı olub orada (həbsxanada-red.) olmaqdan daha yaxşıdır...”
Xatırladaq ki, ötən il hökumət üzvlərinin yanacağın bahalaşdırılması təklifinə münasibət bildirərkən də Belarus prezidenti sərt çıxış etmişdi və demişdi ki, benzinin qiymətini hər bir axmaq qaldıra bilər, zəhmət çəkib onun maya dəyərini süni şəkildə şişirdənləri müəyyən edin, benzinin bahalaşdırılmasından isə söhbət gedə bilməz.
Onu da qeyd edək ki, ölkəsində “Batka” deyə çağırılan A.Lukaşenko, Qərbdə diktator kimi tanınsa da, onun korrupsiyaya bulaşmadığı da etiraf edilir.

Şərhlər
Samir Mehemmedli........ “Kişi” tanımaq bacarığı hər adama verilmir, bu bacarıq az saylı insanlara xasdır....))))) PS. kompyuter arxasında özünü kişi hesab eləmək də asandır...)))))
*** Ulduza Sen bele kiwileri tanimazsan cunki gormemisen ulduzsan ona gore Lukawenko esl vetenperverdir Ura ona
Bunun da səhnələşdirilmiş çıxışları artıq zəhlə tökür...))) 1992-ci ildən etibarən üzü bu yana formalaşdırdığın komandanı, komanda isə səni tanımır??? Kimə hesablanıb bu səhnələr??? Bir neçə il bundan qabaq Minskdə olanda dəfələrlə camaatın onun barəsində acı ironiya ilə danışdığını görmüşəm, sadəcə olaraq dözürlər, real alternativin olmaması səbəbindən!!!
LUKAŞENKOYA DİKTATOR DEMƏYƏ ADAMIN DİLİ GƏLMİR.DOĞRUSU O, TAM MƏNADA DİKTATOR DEYİL. SADƏCƏ DİKTORLARA AİD BƏZİ MƏZİYYƏTLƏR ONDA VAR.O, SÖZÜN HƏQİQİ MƏNASINDA MİLLƏTİNİN DOSTUDUR VƏ ƏSL PATRİOTDUR.
Belarusda Lurashenkonun dediyi catishmamazliglar Azerbaycanda olanlarin milyardda biri de deyil,ancag yene bosh buraxmir.Ot da bicir,kartof da yigir,gisasi xalgin icindedir.Onu saxlayan xalgdir.Belarus bizi 100 defe gabaglayir.Ne nefti,ne gazi var
Bizde ise korrupsionerin yaxasina ,,vetene xidmet medali" taxirlar.
Lukaşenko nə qədər avtoritar olsa da Müsəlman Diktatorları qədər əzazil deyil.Şəxsi varidatı Belarusiyanın büdcəsi qədər ola bilməz.
Təmiz kişi söhbəti edir. Bizim məmurlara belə tapşırıqlar kar etməz. Bizimkilər öyrəniblər ki, itirdiklərini vətəndaşın cibində axtarsınlar.Belə başçlsı olan hökumətdə nə müxalifət olar, nə də mitinqlər...