Menu

"Azərbaycan SQ-in Baqanes yolunu atəşə tutması növbəti uydurmadır" - MN

15.04.2018, 21:49
"Azərbaycan SQ-in Baqanes yolunu atəşə tutması növbəti uydurmadır" - MN

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes - Voskepar avtomobil yolunu atəşə tutması barədə erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərlə bağlı Trend-in sorğusuna cavab olaraq bildirib: “Bu erməni tərəfinin növbəti təxribat xarakterli yalanıdır”.

Qeyd edək ki, erməni mətbuatı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes-Voskepar avtomobil yolunu guya atəşə tutması barədə məlumat yayıb.

Şərhlər

əli 2018-04-15 21:49:24

Erməni bizdən bir kişilik gözləyir biz isə hət
da bu barədə fikirləşməyə qorxuruq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol