Menu

Rusiyalı idmançı dopinqə görə diskvalifikasiya edilib

16.04.2018, 20:07
Rusiyalı idmançı dopinqə görə diskvalifikasiya edilib

Beynəlxalq Tennis Federasiyası (ITF) Rusiyanın 16 yaşlı tennisçisi Elizabet Koklini qadağan olunmuş preparatlardan istifadəyə görə diskvalifikasiya edib.

"Report" xəbər verir ki, rusiyalı tennisçi bir il müddətinə müsabiqələrdən kənarlaşdırılıb.

Onun qanında furosemid preparatı tapılıb. Test Türkiyənin İstanbul şəhərində keçirilən turnirdə aparılıb.

Qeyd edək ki, istintaqın nəticələrinə əsasən, Koklinin qadağan olunmuş maddələrdən yararlandığı aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol