Menu

Seçkilər AŞPA-nın Büro iclasında müzakirə olunacaq

16.04.2018, 14:06
Seçkilər AŞPA-nın Büro iclasında müzakirə olunacaq

Azərbaycanda keçirilmiş Prezident seçkiləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında müzakirə olunacaq.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas aprelin 23-də Strasburqda keçiriləcək.

İclas zamanı Azərbaycanda (11 aprel) və Çernoqoriyada (15 aprel) keçirilmiş prezident seçkiləri üzrə müşahidələrin nəticələri müzakirə ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol