Menu

Metro qəzası ilə bağlı yeni rəsmi məlumat yayıldı

16.07.2014, 10:30
Metro qəzası ilə bağlı yeni rəsmi məlumat yayıldı

Rusiya Fövqəladə Hallar Nazirliyi Moskva metrosunda iyulun 15-də baş verən qəza ilə bağlı yeni məlumat açıqlayıb. İyulun 16-da açıqlanan məlumata görə, qəzada 22 nəfər həlak olub. Hazırda xəstəxanalarda 139 nəfər var, onların 42-nin vəziyyəti ağırdır.

İyulun 15-i səhər saatlarında “Park Pobedı” və “Slavyanski bulvar” stansiyaları arasında üç vaqon aşıb. Moskva meri Sergey Sobyanin iyulun 16-nı matəm günü elan edib.

Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən belə deyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol