Menu

Balkan ölkələrindən “Cənub axını”na öldürücü zərbə 

16.07.2014, 12:06
Balkan ölkələrindən “Cənub axını”na öldürücü zərbə 

Qərbi Balkan ölkələrinin liderləri Avropa İttifaqının enerji siyasəti prinsiplərinə əməl etməklə bağlı öhdəlik götürüblər. Rusiyanın “Cənub axını”na alternativ olan Azərbaycan-Cənubi Avropa qaz marşrutuna xüsusi diqqət yetirilir.

AFR kansleri Angela Merkelin altı Balkan ölkəsinin lideri ilə dünənki görüşünün yekunları belədir.

Reyter agentliyinin məlumatına görə, Qərbi Balkan ölkələri Rusiyanın mövqeyinə zidd olan Avropa İttifaqının enerji siyasəti prinsiplərinə tərəfdar olduqlarını bildiriblər.

İyulun 15-də Xorvatiyanın Dubrovnik şəhərində A.Merkel ilə keçirilən görüşün yekunlarına dair bəyanatda altı Qərbi Balkan ölkəsinin prezidentləri yeni qaz kəmərlərinin tikintisi zamanı Aİ-nin enerji siyasətinn əsas müddəalarını dəstəkləməklə bağlı razılığa gəliblər.

Sənədə görə, yeni qaz kəmərlərinin çəkilişində məqsəd daşınmanın etibarılığının artırılmasıdır. Bununla əlaqədar Qərbi Balkan ölkələri Azərbaycan-Cənubi Avropa qaz marşrutuna xüsusi diqqət yetirir.

A.Merkel ilə görüşdə Albaniya, Serbiya, Kosovo, Makedoniya, Çernoqoriya, Bosniya və Herseqovina, həmçinin Xorvatiya və Sloveniya prezidentləri iştirak ediblər. AFR kansleri danışıqlar zamanı qeyd edib ki, Qərbi Balkan dövlətləri perspektivdə Aİ-nin üzvləri ola bilər, bir şərtlə ki, zəruri islahatlar aparsınlar və öz aralarındakı mövcud münaqişələri nizamlasınlar. /contact.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol