Əfqan ordusu tərəfindən Talibana qarşı təşkil olunan əməliyyatda 37 terrorçu və 3 əfqan əsgəri ölüb.
Axar.az xəbər verir ki, Əfqanıstanın Pakistanla olan sərhəd bölgəsində Host şəhəri yaxınlığında keçirilən uğurlu əməliyyat nəticəsində isə 30 terrorçu zərərsizləşdirilib.
Əfqanıstan Müdafiə Nazirliyindən verilən açıqlamada Host şəhərinin “Caci Meydan” adlandırılan ərazisində baş tutan əməliyyatda çoxlu silah-sursatın ələ keçirildiyi bildirilib.
Verilən açıqlamada Taliban tərəfindən Əfqanıstanın müxtəlif bölgələrində yol kənarında yerləşdirilən 31 bombanın zərərsizləşdirildiyi də vurğulanıb.
Onu da bildirək ki, ölkənin digər bölgələrində keçirilən əməliyyatlarda 7 taliban üzvü öldürülüb, ikisi isə yaralanıb.


Şərhlər