Menu

Rusiyada “Facebook” bağlana bilər

18.04.2018, 09:37
Rusiyada “Facebook” bağlana bilər

“Roskomnadzor” 2018-ci ilin sonuna qədər “Facebook” şirkətinə dair yoxlama aparacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə qurumun rəhbəri Aleksandr Jarov deyib.

Onun sözlərinə görə, “Facebook” şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.

"Rusiya vətəndaşlarının məlumat bazasının ölkə ərazisində lokallaşması və bütün qadağan olunmuş informasiyanın silinməsi barədə tələblərə əməl olunmayacağı təqdirdə çox güman ki, bloklaşdırma barədə məsələ qaldırılacaq”,-deyə Jarov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol