Menu

Qarabağda daha bir erməni əsgər ölüb

18.04.2018, 11:07
Qarabağda daha bir erməni əsgər ölüb

Azərbaycanın işğal olunmuş ərazilərində daha bir Ermənistan əsgəri həlak olub.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aprelin 17-də mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ruslan Manukyan ölüb.

Fakt araşdırılır.

Qeyd edək ki, aprelin 16-da da Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər həlak olub. Onun ehtiyatsızlıqdan odlu silahdan atəş açılması nəticəsində öldüyü bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol