Menu

"Royalbank"ın təminatsız kreditorların tələblərinin ödənilməsinə başlanılacaq

18.04.2018, 13:04
"Royalbank"ın təminatsız kreditorların tələblərinin ödənilməsinə başlanılacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) aprelin 23-dən ləğv prosesində olan "Royalbank" ASC-nin təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlayacaq.

"Report" Fonda istinadən xəbər verir ki, ödəniş nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, ADIF-in Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim etsinlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol