Menu

"İŞİD yenidən aktivləşib" - Koalisiya

18.04.2018, 15:33
"İŞİD yenidən aktivləşib" - Koalisiya

Suriyada İŞİD terror təşkilatının ayrı-ayrı dəstələri aktivləşib.

APA-nın “Washington Examiner”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın rəhbərliyi ilə İŞİD-ə qarşı mübarizə koalisiyasının nümayəndəsi Rayan Dillon deyib. O bildirib ki, Suriya hökuməti tərəfindən idarə olunan, Ərafat çayından qərbə doğru bir sıra vilayətlərdə canlanma və hətta İŞİD-ın geri qayıtması hiss olunur.

R.Dillon əlavə edib ki, daha əvvəl Suriya ərazisinin 98 faizinin İŞİD-dən təmizləndiyi deyilirdi: “Lakin son vaxtlar vəziyyət pisləşib. İndi demək olar ki, ölkə ərazisinin 90 faizində İŞİD yoxdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol