Menu

"89 namizəddən 52-si müsahibəyə gəlməyib" - DİM

19.04.2018, 11:22
"89 namizəddən 52-si müsahibəyə gəlməyib" - DİM

Dövlət İmtahan Mərkəzinin (DİM) fevralın 7-8-də elan etdiyi dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi və fevralın 13-də elan olunan ümumi müsahibə üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilir.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə regional bölməsi də daxil olmaqla 11 müxtəlif yerdə keçirilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 89 müsahibədən 37-si baş tutub, 52 müsahibə isə namizədlərin gəlməməsi səbəbindən keçirilməyib. Müsahibədə iştirak edən namizədlərdən 17-si iddia etdiyi vəzifəyə uyğun hesab olunub.

DİM namizədlərə bir daha xəbərdarlıq edib: "Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər".

Namizədlərlə müsahibələrin keçirilməsi mayın 15-dək davam edəcək.

Şərhlər

Mühasib 2018-04-19 11:22:32

Bu necə olur? İnsan iş üçün müraciət edir,ilk etapdan keçir,sonra 89 nəfərdən 52-si ( yarıdan çıxu ) növbəti etapa gəlmir. Bu düşünməyə əsas vermirmi? Bu onu təsdiqləmirmi ki, DİM-in bu sahədə işi neqativlərlə doludur.Yəni ilk mərhələdən keçənlərin çoxunun boşuna gəldiklərini bəyan edirlər,və ya başqa yolla onlar xəbərdar olunublar.Yoxsa nə üçün gəlməməli idilər?
Bu neqativlərə yol verən kadr seçimidir.Ləğv olunmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol