Menu

Sumqayıtda mənzildən qadın meyiti tapılıb

19.04.2018, 16:57
Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Sumqayıt şəhərində mənzildən qadın meyiti tapılıb.

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə şəhərin 41a məhəlləsində ev 1, mənzil 37-də qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.

Mənzilə baxış zamanı oradan şəhər sakini, 1941-ci il təvəllüdlü Qalina Vasilevna Culayevanın meyiti aşkar olunub. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol