Menu

Azərbaycanda tütünlə bağlı daha bir qadağa qüvvəyə mindi

20.04.2018, 09:48
Azərbaycanda tütünlə bağlı daha bir qadağa qüvvəyə mindi

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara görə, stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağan edilib.

Əvvəlki qaydalarda qadağa stansiyalarda, keçidlərdə və vaqonlarda siqaret çəkməklə bağlı idi.

Şərhlər

Akif 2018-04-20 09:48:33

Nazirlər Kabineti hər yerdə siqaretçəkməyi qadağan etməklə, insanların hüquqlarını tamamilə pozmuş olur.Siqaret alüdəsi olan şəxs qatarla səfərə çıxanda vaqonun tamburunda siqaret çəkmək olar.Bunu qadağan etməklə,hakimiyyət siqaret asıllığı olan vətəndaşı qanun pozuntusuna sövq edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol