Menu

Tatarstan parlamentinin spikeri Putinin qərarını tənqid edib -  «Parçalanma yaradır...»

20.04.2018, 22:16
Tatarstan parlamentinin spikeri Putinin qərarını tənqid edib -  «Parçalanma yaradır...»

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verliyi xəbərə görə, Tatarstan dövlət şurasının sədri Fərid Mühəmmətşin «TASS» agentliyinin müxbiri ilə söhbəti zamanı bəyan edib ki, Tatarstanda tatar dilinin könüllü tədrisi barədə prezident qərarı respublika ictimaiyyəti arasında parçalanma yaratdığına görə, onu ləğv etmək lazımdır.

«Onu anlaırıq ki, sadəcə bu cür qadağa və məhdudiyyətlə hansısa kompromis tapa bilmərik, bu qərarla hansısa qarşıdurma onsuz da qalır... Biz, Vasilyeva ilə - Rusiya Federasiyasının təhsi nazirliyi ilə birlikdə artıq yeni Federal dövlət təhsil standartı (FDTS) üzərində işləyirik... Hesab edirəm ki, könüllülüyü aradan qaldırmaq lazımdır - o, tatarlarla ruslar arasında parçalanma yaradan «paz»a çevrilib, eyni sinifdə uşaqlar oturur, onlar arasında antoqonizm yaratmaq nəyə lazımdır?» - deyə, Mühəmmətşin qeyd edib.

Şərhlər

Qarabağ qaçqını 2018-04-20 22:16:17

İslam və türk aləmi adətən, məsələnin birbaşa həlli əvəzinə, onu "siyasi səy"lə "qıcqırdır". Tatarstan niyə də, öz doğma tatar dilini rəsmi-məcburi dövlət dili, onunla parallel ümumdövlət rus dilinin işlənməsinə icazəni də qanuniləşdirmir? Bu seçim Mühəmmətşin və Kremlin deyil, tatar xalqının haqqı-hüququdur!

oxucu 2018-04-20 22:16:17

Putinin TATAR XALQINA QARSHI, MUSTEMLEKECHILIK - HOKMRANLIQ DIKTESI, BOYUK TEHQIRDIR TATAR XALQININ ANA DILINE, MEDENIYYETINE, ADET ve ENENELERINE.OYAN, MERD TATAR XALQI !!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol