Menu

Türkiyədə müxalifət partiyasının namizədi hazırkı prezidentdir

21.04.2018, 16:52
Türkiyədə müxalifət partiyasının namizədi hazırkı prezidentdir

"Bu il iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində namizədimiz Rəcəb Tayyib Ərdoğandır".

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, MHP-nin seçki strategiyası iki əsasa dayanır: "Birincisi, güclü parlamentin formalaşdırılması, ikincisi isə prezident seçkisinin eyni vaxtda baş tutmasıdır. Bu gün MHP-dən prezidentliyə namizədliyini irəli sürən yoxdur. Çünki yeganə namizədimiz Rəcəb Tayyib Ərdoğandır və onun qələbəsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Digər tərəfdən də MHP olaraq Türkiyə Böyük Millət Məclisində təmsil olunmağa çalışacağıq".

Şərhlər

pıs-pısa 2018-04-21 16:52:34

O müxalifət partiyası bir növ bizdəki (hazırki) müsavat kimi bir şeydir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol