Menu

Dərbənddə 9 silahlı məhv edilib

21.04.2018, 21:20
Dərbənddə 9 silahlı məhv edilib

Dağıstanın Dərbənd şəhərində keçirilən xüsusi əməliyyat zamanı 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı məhv edilib. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, polislərin təslim olmaq çağırışına avtomatla atəş açan silahlılar cavab atəşi ilə məhv edilib.

Əməliyyat zamanı polis və dinc əhali arasında itki olmayıb, bir asayiş keşikçisi yüngül yaralanıb.

Şərhlər

yusif 2018-04-21 21:20:39

silahlı ya yaraqlı sözləri bu mənada əsla işlədilməli deyillər..bir həyat tərzi kimi ən uyğunu - savaşçıdır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol