Menu

Həsən Kərimov Sərdar Cəlaloğlunu səviyyəsiz adlandırdı

16.07.2014, 18:00
Həsən Kərimov Sərdar Cəlaloğlunu səviyyəsiz adlandırdı

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Azərbaycan Xalq Çəbhəsi Partiyası (AXCP) arasında yaranan qalmaqal böyüyür.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov AzNews.az-a aşıqlamasında bildirib ki, Sərdar Cəlaloğlu AXCP üzvlərinə tarix dərsi keçə bilməz: “Çünki bunlar tarixi yazan adamlardı. Bu hərəkatın içində olan adamlardır. Yaxşı olar ki, Azərbaycan Xalq Cəbhəsinin yubileyində tarix dərsi keçməsin. Təbii olaraq, onun çıxışı müəyyən adamlar tərəfindən etirazla qarşılandı. Onların hər biri Sərdar Cəlaloğludan qat-qat səviyyəli adamlardır”.

H. Kərimov ADP sədrinin belə açıqlamasına təəssüf edib: “Bu partiya nə ilə məşğuldur? Bizim partiyanın ətrafında yetərincə ziyalı və fəal gənclik var. Yaxşı olar ki, öz partiyanın qeydinə qalsın”.

Qeyd edək ki, ADP sədri AXCP sədri Əli Kərimlini ittiham edib. O deyib ki, burada insanlar elə anlayırlar ki, Azərbaycan tarixi Əli Kərimlinin hərəkata gəldiyi dövrdən başlayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol