Menu

AZAL-ın təyyarəsi Moskvanın əvəzinə Sankt-Peterburqda yerə endi

22.04.2018, 09:20
AZAL-ın təyyarəsi Moskvanın əvəzinə Sankt-Peterburqda yerə endi

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Gəncə-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun "Pulkovo" hava limanında məcburi eniş edib.

Bu barədə AZAL-ın "Facebook" səhifəsində yayılan məlumatda deyilir.

Məlumatda bildirilir: "Moskvanın "Vnukovo" hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-830 reysi "Pulkovo" hava limanına (LED) uğurlu eniş edib. Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol