Menu

Nazir özünə yeni köməkçi təyin etdi

23.04.2018, 12:00
Nazir özünə yeni köməkçi təyin etdi

Energetika naziri Pərviz Şahbazov Rauf Zeynalovu özünə yeni köməkçi təyin edib.

"Report"un məlumatına görə, o, bundan əvvəl Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin investisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri olub.

Qeyd edək ki, Energetika Nazirliyində aparılmış struktur islahatları nəticəsində nazirin müşaviri vəzifəsi ləğv edilərək nazirin köməkçisi vəzifəsi ilə əvəz edilib. İndiyə qədər müşavir olan "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin keçmiş direktor müavini Zaur Məmmədov nazirliyin aparat rəhbəri təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol