Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
APA-nın məlumatına görə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli 9 nömrəli Sərəncamına əlavə olaraq, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilsinlər:
1.1. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;
1.2. Azərbaycan Respublikasının gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;
1.3. Azərbaycan Respublikasının mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev;
1.4. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;
1.5. Azərbaycan Respublikasının səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;
1.6. Azərbaycan Respublikasının təhsil naziri – Ceyhun Əziz oğlu Bayramov;
1.7. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;
1.8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;
1.9. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı;
1.10. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri – Səfər Məmməd oğlu Mehdiyev;
1.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;
1.12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;
1.13. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;
1.14. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;
1.15. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;
1.16. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
Prezident İlham Əliyev Azad Rəhimovun İdman və Gənclər naziri, Əbülfəs Qarayevin Mədəniyyət naziri, ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, deputat Muxtar Babayevin isə Ekologiya və Təbii Sərvətlər naziri təyin olunması barədə sərəncamlar verib.
Bu barədə "AzPolitika.info"ya hökumətdəki mənbələrdən məlumat daxil olub.
Prezident sərəncamlarının yaxın saatlarda elan olunacağı gözlənilir.

Muxtar Babayev


Şərhlər
İlk sıradakı dörd nazir,Hicran Hüseynova və əmlak mütləq dəyişməli idi.Lakin... yol vermədi.
SARKİSYAN-DÜŞMƏN ÖLKƏNİN PREZİDENTİ MÜƏYYƏN SƏBƏBLƏRƏ GÖRƏ ÖZ MİLLƏTİNİ SEVDİYİNƏ GÖRƏ ÖZ KOMANDASI İLƏ GETDİ. ....
Hüseynovanın bu qədər vətəndaşları işədüzəltmə adıyla aldadaraq külli miqdarda pul aldığına dair sübutlar-şahidlər,aido-vidoolar olduğu halda yenidən təstiq olması böyük TƏƏSÜFDÜR.Hicranın çanta dolu (170 min)dolları HÖKUMƏT EVİNDƏ KABİNETDƏ alması KORRUPSİYA Baş idarəsində öz təstiqini tapdı.Sabiq aparat rəhbərini 4 azyaşlı uşaqla ölkədən qaçıraraq Gürcüstanda maliyələşdirir.Aldadılan şəxslər ÖLKƏ RƏHBƏRLƏRİNƏ və HÜQUQ MÜHA ORQANLARINA dəfələrlə müraciət etdi.HƏTTA MEDİA ilədə .....
su meliorasiya tesərufati komutəsi əbədidir əkinçilər su tapmir öz torpaglarin suvarmaga ? kənd təsərufati naziri necə islahatlar apara bilər ki su yoxdursa?özudə deyirik ki su həyattdir o da yoxxx...
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov barede,
internetde heddinden chox, ifshaedici, rushvet -korrupsija ittihamli, melumatlar var...
KOHNE HAMAM, KOHNE TAZ...,
Rushvetxor - Korrupsioner memurlar boyuk felakete aparir Azerbaycani...
Budurmu islashat? ....Xalqa ümüd verirlər amma xalq ümiddən başqa heç nə görməyəcək.
Kim getdi, kim qaldı? Tek-tukleri getdi, ekseriyyeti de oz yerinde qaldi.. )) Bezi yenilerin ise, kimler oldugunu ve ne derecede qayfikesh olacaqlarini demek hele chox chetindir..
Vətəndaşları ən çox maraqlandıran sahələrdə-təhsil və səhiyyədə işlər köhnə qaydada davam edəcək.
olkədə ekalogiya qaldi ki hələona da nazir əyin etsinlər...
Bu siyahidə Şirəliyev və H.Hüseynova yanlış!