Menu

ELDAR MAHMUDOVUN MƏHKƏMƏSİ BAŞLADI - Sabiq nazir məhkəməyə çağrıldı

24.04.2018, 11:07
ELDAR MAHMUDOVUN MƏHKƏMƏSİ BAŞLADI - Sabiq nazir məhkəməyə çağrıldı

Bu gün Yasamal Rayon Məhkəməsində “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı iddiası əsasında məhkəmə başlayıb. "Report"un xəbərinə görə, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh Eldar Mahmudov iştirak etməyib.

Zalda iştirak edən bir nəfər özünü E.Mahmudovun qayını kimi təqdim edib. O deyib ki, sabiq nazirin məhkəməyə verilməsini aprelin 23-də biliblər. Onun sözlərinə görə, E.Mahmudov qızı ilə eyni ünvanda qeydiyyatdadır.

O, iddia ərizəsi ilə tanış olmaq və nümayəndə ilə məhkəməyə gəkmək barədə şərait yaradılmasını istəyib.

Daha sonra iddiaçı M.Mustafayev vəsatət qaldıraraq, işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsini tələb edib. O bildirib ki, ikinci cavabdeh qismində göstərilən Maliyyə Nazirliyinin inzibati binası Nəsimi rayonu ərazisində yerləşir: "Əgər iş Nəsimi Rayon Məhkəməsinə göndərilməsə, cavabdeh tərəf Eldar Mahmudovun da iştirakı ilə burada - Yasamal Rayon Məhkəməsində baxılsın".

Məhkəmə vəsatəti təmin edib, cavabdeh Eldar Mahmudovun prosesdə iştirak etməsi barədə qərar qəbul edib.

Məhkəmənin hazırlıq iclası mayın 3-də davam etdiriləcək.

Xatırladaq ki, "MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış Mövlan Şıxəliyev məhkəməyə verib.

Yasamal Rayon Məhkəməsində iddia qaldıran M.Mustafayev sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və E.Mahmudovun ona 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir.

M.Mustafayev M.Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın M.Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirib. M.Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat tutularaq ona ödənilməsini istəyib.

Bu iddia ərizəsi üzrə hazırlıq iclası mayın 1-ə təyin olunub. İşə hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılacaq.

Bundan başqa, M.Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. O, buna səbəb kimi isə həm E.Mahmudov, həm də M.Şıxəliyevin vaxtilə dövlət orqanlarında rəhbər şəxs olmalarını qeyd edib.

Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək "Azərsu" ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.

Bundan sonra Bakı Apellyasiya Məhkəməsi M.Mustafayevin işinə yenidən baxaraq onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

M.Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq intihar edib.

Şərhlər

RASİM 2018-04-24 11:07:17

....VAR DOVLƏTİ ƏLİNDƏN ALİNAN XİRDALAN SƏHƏRİ 27 MƏHƏLLƏ 6, 26-Cİ MƏNZİLİNDƏ YASAYAN RASİM CAVAD OXLU CAVADOVUN HƏZİ ASLANOV KUCƏSİNDƏKİ DOVLƏT TƏRƏFİNDƏN QEYDİYATA ALİNMİS MULKİYYƏTİNDƏ OLAN 120 KM SAHƏNİ ZAKİR FƏRƏCOV QANUNSUZ DAXİDİB VİTE EKSPRESS TİKİNTİ FİRMASİNA SATMASİNA ABSERON RAYON MƏHKƏMƏSİ BAXDİMİ Kİ BUNUNKUNA BAXSİNLAR. ....

БАКЫЛЫ 2018-04-24 11:07:17

БУ ЖУРНАЛДЫ КИНО ГАБАГДАДЫР МЕТЛЕБ КИШИ СИЗИН АРХАНЫЗЧА МАГСУД МАХМУДОВ ГЕЛИР ЕЛДАРЫН УСТУНЕ .....

G.M 2018-04-24 11:07:17

E.Mahmudovun Məhkəməyə dəvət olunması..Onun məkəmə zalında qandallanmasıyla da başa çatacaq.Yoxsa,məhkəmənin nə həddi var idi ki,onu dindirmək üçün dəvət eləsin.Deməli ``çöldə olduğu müddətdə`` gözlənilən jestləri etməyib.

Fərzalı 2018-04-24 11:07:17

BI.....N OBAXEYİS HƏLƏ BİLMİR MƏYKƏMƏYƏ YA ÖZÜ GƏLMƏLİDİ YA DA VƏKİLİ.QAYNIN GÖNDƏRİR.YAXŞI Kİ QONŞUSUN GÖNDƏRMİYF.KÜL SƏNİN NAZİR BAŞIĞA.SƏN 11 İL ANCAX PIL YIĞMAĞINAN MƏŞĞUL OLMUSAN. NƏ BİLİRDİN QANUN NƏDİ.HARINLIX GÖZUU ELƏ TUTMUŞDU HEŞ KİMİ SAYMIRDIN.İNDİ MƏYKƏMİYƏ QUZU KİMİ GƏLƏSSƏN.DUXUN DA VAR GƏLMƏ.MƏJBUR GƏTİRƏLLƏR.KÖHNƏ ZAMANNAR OLSEYDİ ATIN QABAĞINA QATIF GƏTİRƏRDİLƏR BI AĞIR ÇƏKİLİ OBAXEYSİ.ÖZUNAN SUXOY PAYOK GÖTÜR.DÜNYANIN İŞİN BİLMƏY OLMAZ. KÜRDƏXANIYA İSTİRAHATA GEDƏ BİLƏRSƏN.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol