“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Milli Məclisdə də işlər görülməlidir. Milli Məclis bütün strukturların ağırlığını üzərində çəkən qurumdur. Bəzən deputatlar deyir ki, filan strukturların şöbə müdirlərinin xidməti avtomobilləri var, amma parlamentdə yoxdur. O zaman qəzetlərdə yazırlar ki, Milli Məclisin deputatları maşın istəyirlər.
Biz deyəndə ki, maaşlar filan nazirliklərin işçilərindən, dünyanın müxtəlif ölkələrinin parlamentinin deputatlarından aşağıdır, deyirlər ki, başqasını düşünmürlər, ancaq özlərini düşünürlər. Burada isə maddi məsələ yoxdur”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fərəc Quliyev deyib. Deputat bildirib ki, Milli Məclisin haqqıdır ki, 100 illiklə bağlı xatirə medalı olsun.
“Burada oturan adamların bu medalla təltif olunması yerinə düşər. Mən müəyyən nazirliklərə bağlı qəbul edilən xatirə medallarını dəstəkləyirəm. Amma hesab edirəm ki, Milli Məclisdə də bununla bağlı işlər aparılmalıdır”.
Deputatın təklifinə cavab olaraq Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Milli Məclisdə bayram tədbiri keçiriləcək. “Bu tədbirə bir sıra qonaqların dəvət olunması nəzərdə tutulur. Düşünürəm ki, medalın təsisi ilə bağlı qaldırdığınız məsələyə bu çərçivədə baxılacaq”.


Şərhlər
Əşi bu deputatlar nə qədər .....
FƏRƏC BƏY 50 İL İŞ STAJİ OLAN TƏQAÜDCÜMÜZ 150-200 MANAT ALIRSA SƏNİN MAAŞ ARTIRMAQ TƏLƏBİN QEYRİ ETİK SƏSLƏNİR.
Çox üzlü və utanmaz bir təklifdir psevdodeputatdan-maaşı artırılsın. Yox bir gəlib belimizə minsin.
Muellim oxuya oxuya get
Bu gündən başlayaraq təkbaşına etiraz aksiyasına başlayıram, tələbim: "Pensiya haqqında" qanun dəyişsin, staj senzi 10 ilə endirilsin!!!
DEputatların yükü adi fəhlənin yükündən dəfələrlə azdır.Onlar həftədə 1-2 dəfə toplaşıb (o da hələ hamısı toplaşsa) 2-3 saat mənfəətsiz iclas keçirir,qalan vaxtlarını öz bizneslərinə , monopoliyalarına həsr edirlər.Bu məlum məsələdir.Ona görə seçilməyən "deputatlar" siz bilmirsiniz ki, hem adi fəhləyə də Avropa,Amerika maaşı verilmir ( 250-300 manat).Amerika kimi idarə olunmur və bura Amerika deyil!Ayılın!
Deputatların maaşı azdırsa,hamı kimi (onlar da Azərbaycan vətəndaşlarıdır)özünə başqa iş tapıb ora keçsinlər.Kimdir onların qabağını kəsən.Onsuz da onları xalq seçməyib ki!
Əgər deputatın maaşı azdırsa,onda bəs müavinət alan əllillər,pensiyaçılar nə etsin?Hələ bir az bundan qabaq Siyavuş Novruzov da maaşdan şikayət edirdi.Utanmasan oynamağa nə var ki!
Fərəc bəy deputatların maaşı azdırsa mandatlarını yerə qoysunlar,gedib müəllim,həkim,elmi müəssisələrdə,ticarətdə və kəndlərində mal-heyvan saxlasınlar.İknici bir tərəfdən siz orada oturmasanız Azərbaycan dağılacaq? Xalqın, millətin xeyirinə hansı bir sənədə imza atmısinız.Əbülfəz kimi təmiz bir insanın, elm adamının ayağının altını qazdınız,adı olub, özü olmayan bir partiyanın sədri kimi özünüzə deputatlaq mandatı qazandınız.İndi maaş,maşın davası edirsiniz.Vaxt çatıb ki,deputatlar da buraxılsın,siz də...