Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
Qol.az-ın məlumatına görə, ilk görüş İngiltərədə keçiriləcək. Çoxlarının gözləmədiyi halda bu mərhələyə qədər gələn “Liverpul” qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olmuş “Roma”nı qəbul edəcək. İtaliya təmsilçisi də yarımfinala sürpriz şəkildə yüksəlib.
Yurgen Kloppun rəhbərlik etdiyi “mersisaydlılar” “Mançester Siti”ni, “canavarlar” isə “Barselona”nı mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, sabah yarımfinalın digər ilk oyununda “Bavariya” “Real”ı qəbul edəcək.
24 aprel
Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
22:45."Liverpul" (İngiltərə) - "Roma" (İtaliya)
Hakimlər: Feliks Brix, Mark Borş, Ştefan Lup, Markus Xeker
Köməkçi hakimlər: Bastian Dankert, Marko Frits
25 aprel
22:45."Bavariya" (Almaniya) - "Real" (İspaniya)


Şərhlər