«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın Prezidenti Emmanuel Makron çərşənbə axşamı bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Fransa Yaxın Şərqdə İranının qarşısını almaq niyyətindədir.
«Biz, bölgədə İranın iştirakının qarşısını almaq istəyirik» - deyə, Makron ABŞ Prezidenti Donald Trampla görüşü zamanı jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, Makron rəsmi dövlət səfəri ilə Vaşinqtona gəlib. Səfərin məqsədlərindən biri kimi, İranla nüvə sazişini qüvvədə saxlamaq cəhdinin olduğu önə çəkilir. Məlumdur ki, Tramp, tərəfləri sazişdən çıxmaqla hədələyir.


Şərhlər