Menu

Rusiya öz vətəndaşlarına Yerevanda mitinqlər keçirilən ərazilərə getməməyi tövsiyə edib

25.04.2018, 17:11
Rusiya öz vətəndaşlarına Yerevanda mitinqlər keçirilən ərazilərə getməməyi tövsiyə edib

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda olan Rusiya vətəndaşlarına davam edən etiraz aksiyaları zamanı insanların kütləvi toplaşdıqları yerlərə getməməyi tövsiyə edib.

"Report" xəbər verir ki, bu barədə XİN-in Böhran vəziyyəti mərkəzi departamentindən bildiriblər.

"Yerevan şəhərində yeni nümayiş dalğası yaşanır, aksiyalar dinc xarakter daşıyır, amma xüsusilə də paytaxtın mərkəzində insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq tövsiyə olunur", - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol