Menu

Ukraynada separatçılar meyitlərə mina bağlayıb basdırırlar

17.07.2014, 10:56
Ukraynada separatçılar meyitlərə mina bağlayıb basdırırlar

Ukrayna ordusu yüzlərlə separatçının toplu halda basdırılmış cəsədini aşkar edib.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna antiterror qurumunun mətbuat katibi Andrey Lesenkov deyib.

Lesenkov deyib ki, Ukrayna ordusu azad etidyi ərazilərdə çox sayda separatçının cəsədini aşkarlayıb: "Əslində, onları heç yerə də basdırmayıblar, üzərlərinə torpaq töküb gediblər. Biz həmçinin bəzi cəsədlərin minalandığını da aşkar etdik. Saparatçılar ölmüş silahdaşlarının mina bağlayıb və onları tərpədən zaman partlayış baş verə bilər. Hazırda ölmüş separatçıların üzərində olan bombaları mina axtaranlar zərərsizləşdirməklə məşğuldur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol