Menu

TARİXİ GÖRÜŞ BAŞ TUTDU! - Şimali və Cənubi Koreya liderləri danışıqlara başladılar (FOTO)

27.04.2018, 11:51
TARİXİ GÖRÜŞ BAŞ TUTDU! - Şimali və Cənubi Koreya liderləri danışıqlara başladılar (FOTO)

Dünya KİV-nin yaydığı məlumata görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreyanın liderləri - Kim Çen In və Mun Çje İn arasında sammit həmsərhəd keçid məntəqəsi Pxanmuncda baş tutub. Birinci raundun nəticələrinə görə, Kim Çen In qarşıdurmaya son qoymağa çağırış edib, Mun Çje İn isə iki ölkə arasında dəmir yolu əlaqəsini tənzimləməyi təklif edib.

Xəbər verilir ki, gün ərzində iki Koreya dövlətinin başçısı Şimalla Cənub arasında münasibətlərin yaxşılaşdırılması, sülh və gələcəkdə birləşmək məsələlərini müzakirə etməyi planlaşdırırlar.

Sülh rəmzi

Kim Çen In və Mun Çje İn iki Koreyanı ayıran demorkasiya xəttində görüşüblər. Onlar bir-birini salamlayaraq, əl-ələ veriblər. Bundan sonra Kim Çen In ölkələri bir-birindən ayıran xətti keçib və bununla da KXDR-nın Cənubi Koreyada olan ilk liderinə çevrilib.

Görüşün əvvəlində Şimali Koreya lideri danışıqların uğurla başa çatacağına əmin olduğunu bildirib. Mun Çje İn isə öz növbəsində, həmkarını «bizim sədrimiz Kim» adlandırıb və bəyan edib və KXDR liderinin demarkasiya xəttini keçməsini sülhün rəmzidir.

İlk raund

Danışıqların səhər raundunun nəticələrinə görə, Kim Çen In Cənubi Koreya Prezidentinə tez-tez görüşlər keçirməyi təklif edib. «Gəlin, arzuolunan yaxşı sülh yaradaq» - deyə, Cənubi Koreya lideri də təkliflə çıxış edib. Bundan başqa, Seul Kim Çen Inın «Koreya yarımadasında qarşıdurma tarixiniə son qoymaq» çağırışı barədə xəbər verib.

Mun Çje İn Şimai Koreyalı həmkarına özünün «koreyalılar üçün müqəddəs sayılan, Çinlə sərhəddə yerləşən Pektusan dağını ziyarət etmək» arzusu barədə danışıb.

Cənubi Koreya Prezidenti Şimal və Cənub dəmir yollarını birləşdirməyi təklif edib. O, iki ölkə arasında sürət qatarlarının işə salınacağına ümidvar olduğunu bildirib.

«Bölünmüş» millətlər birləşir...

İyirminci əsrin sonlarında dünyanın «bölünmüş» xalqlarından biri - almanlar birləşdilər və aradan təxminən 30 il keçəndən sonra birləşmiş Almaniya artıq Avropanın «lokomotivi»nə və hərbi-iqtisadi baxımdan dünyanın əninkişaf etmiş dövlətlərindən birinə çevrilə bilib - indi Almaniya G7 üzvüdür.

Günümüzdə cərəyan edən siyasi proseslər göstərir ki, indi də birləşmək növbəsi Koreya yarımadasına çatmaqdadır - uğunlar olsun!

Arzu edək ki, iki Koreyanın istiqamət götürdüyü bu proses bölünmüş Azərbaycanda da birləşmək istiqamətindəki mübarizənin lokomotivinə çevrilsin - böyük Səttar Xanın, Şeyx Xiyabaninin, Pişəvərinin, Şəhriyarın, Bəxtiyarın... ruhları nəhayət ki, rahatlıq tapsın!!!

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Hacı Şuşinski(Şuşalı) 2018-04-27 11:51:07

Gorüş erində Korealılar, bu günə çalışmış M.S.Qorbaçla, Rəhmədlik Rəisə Maksimovna üçün qızıl abidələr ucaldmalıdırlar.

G.M 2018-04-27 11:51:07

ABŞ-ın bu planı da baş tutsa..Yaxın gələcəkdə Yer üzündə bir dənə də avtoritar rejim qalmayacaq.İngilis siyasəti ayrı şeydir.Əgər rus-fars barmağı olmasa Koreya birləşib Dünyada yeni düzənə imza atacaqlar.

omer 2018-04-27 11:51:07

Xeyirli olsun.o gun olsun raziliga gelib birlewesiniz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol