Menu

"Abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarif olacaq" - "Azərişıq"

27.04.2018, 13:36
"Abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarif olacaq" - "Azərişıq"

Abunəçilərin elektrik enerjisi şəbəkəsinə qoşulması maksimum 5 gün çəkir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə "Azərişıq" ASC-nin “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.

E.Rüstəmli qeyd edib ki, qanunda bu müddət 15 gün müəyyən edilib:

"Cənab sədrin göstərişi var ki, abunəçinin elektrik enerjisi şəbəkəsinə qoşulması 3 günü keçməməlidir".

"Azərişıq" rəsmisi abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarifin olacağını qeyd edib:

"Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Tezliklə abunəçilərin şəbəkəyə qoşulması üçün məsafədən asılı olmayaraq işlədiləcək hər kVt/saat elektrik enerjisinə görə vahid tariflər müəyyən ediləcək. Bu günə qədər tariflər çəkilən xəttin en kəsiyi, məsafədən asılı idi".

Şərhlər

Məğrur Bədəlsoy ,Qarabağ əlili -jurnalist 2018-04-27 13:36:43

Azərişıq istehlakçılardan qanunda nəzərdə tutulmayan ödəniş tələb edir. "Elektroenergetika haqqında qanun"un, NK -nın 27.08.2013 tarixli 234 saylı qərarının 1.9 maddəsinə əsasən texniki şərtin hazırlanması ödənişsizdir. Amma işıq xidməti texniki şərtin hazırlanmasına görə sahibkarlardan on minlərlə,əlillərdən ,adi istehlakçılardan 250 -1000 manat arası ödəniş tələb edərək özbaşınalıq edir.Bunu layihə smeta xərci,maşın mexanizm pulu ilə izah edən Azərişıq "anlamır" ki,layihə smeta elə texniki şərt deməkdir. E. Rüstəmli də bu ödənişləri qanuni sayır. İndi də qoşulma haqqı tələb etmək fikrindədirlər. Qanunda və NK qərarında isə yazılıb ki, 50 metrdən az olan məsafəyə görə qoşulma haqqı tutulmur. İndi bu 50 metrlik məhdudiyyəti də götürüb, haqq tətbiq edəcəklər.Bəs isttehlakçıların hüquqlarını qorumalı qurumlar,Ombudsman,Energetika Nazirliyi,İqtisadiyyat Nazirliyi və ƏƏSMN nə fikirləşir? Özbaşınalığa, qanunsuz haqq tutulmasına niyə münasibət bildirilmir? Əlilləri,sahibkarları kim qorumalıdır?Fiziki şəxslərin sayğacla təminatı pulsuz olsa da qanunsuz ödəniş tələb olunur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol