Menu

"Cənubi və Şimali Koreya liderlərinin görüşünü alqışlayırıq" - Azərbaycan XİN

27.04.2018, 15:31
"Cənubi və Şimali Koreya liderlərinin görüşünü alqışlayırıq" - Azərbaycan XİN

"Biz Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası liderləri arasında baş tutmuş görüşü alqışlayırıq".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

"Ümid edirik ki, bu görüş Koreya yarımadasında sülh, təhlükəsizlik və stabilliyin güclənməsinə töhfə verəcək", - deyə XiN rəsmisi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol