Menu

Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyənin ixtiyarına verilir

28.04.2018, 11:09
Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyənin ixtiyarına verilir

Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyələrin ixtiyarına verilir, qəbiristanlıq üçün nəzərdə tutulmuş torpaqlar bələdiyyə mülkiyyətinə verilməsi təklif olunur. APA-nın məlumatına görə, bununla bağlı “Torpaq islahatı haqqında” qanunun 7-ci (Bələdiyyə torpaqları) maddəsinə əlavə təklif olunur.

Layihəyə görə, bələdiyyə torpaqlarına aid edilən ərazilər siyahısına qəbiristanlıqlar da əlavə edilir.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol