Menu

Rusiya təyyarə vurdu

17.07.2014, 15:50
Rusiya təyyarə vurdu

Ukrayna təyyarəsinə səmada raket zərbəsi endirilib

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Ukraynanın "Su-25" təyyarəsini vurub. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlama yayıb. Açıqlamada bildirilir ki, "Su-25" təyyarəsi Ukrayna səmasında vurulub.

“İyulun 16-da saat 19 radələrində Donetsk vilayətinin Snejnoe şəhəri yaxınlığında Ukrayna Hərbi hava Qüvvələrinə məxsus "Su-25" təyyarəsinə Rusiyaya aid hərbi təyyarə raketlə zərbə endirib. Pilot katapult edib və sağ qalıb”, deyə açıqlamada qeyd olunur.

Rusiya təyyarəsinin Rostov vilayətində yerləşən aerodromdan havaya qalxdığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol