ADP sədrini ata yurdunda da biabır ediblər
Kütləvi saxtakarlıqla keçən dünənki prezident seçkilərinin ən maraqlı-güldürücü nəticələri Naxçıvan Muxtar Respublikasındakı dairələrdə qeydə alınıb. MSK-nın rəsmi nəticələrinə inansaq, Milli Şuranın vahid namizədi Cəmil Həsənli Naxçıvandan cəmi 237 səs alıb. Halbuki "Balıq Hafiz" guya MR-də 408 səs toplayıb.
MR-dəki unikal seçkilərə aid daha bir maraqlı fakt: İlham Əliyevin qələbəsini qəbul edən ADP sədri Sərdar Cəlaloğlu doğulduğu Cəhri kəndindən cəmi 47 səs alıb. Bu kənddəki ümumi seçicilərin sayı 5971-dir.
Belə çıxır ki, Sərdar Cəlaloğlunun yaxın qohumları belə ona səs verməyiblər. Rəsmi rəqəmlərə inansaq, S.Cəlaloğlu öz kəndində Qüdrət Həsənquliyevdən az qala 10 dəfə az səs toplayıb. BAXCP sədrinə Cəhridəki 4 məntəqədən 316 səs yazılıb.
Zahid Oruc isə Cəhridən təxminən S.Cəlaloğlu qədər səs alıb - 28!
Fərəc Quliyevin Cəhridən aldığı səslər 38, İqbal Ağazadənin səsləri 28-dir. Hafiz Hacıyev biraz da güc versə, S.Cəlaloğlunu öz kəndində də udacaqdı - Cəhridən 10 səs alıb.
Belə-belə işlər...
V.Nəsibov
AzPolitika.info


Şərhlər