Menu

“Neftçi”nin Mətbuat xidmətinə yeni təyinat olub

02.05.2018, 20:23
“Neftçi”nin Mətbuat xidmətinə yeni təyinat olub

“Neftçi” PFK-nın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

"Report"un məlumatına görə, klub rəhbərliyinin qərarıyla bu posta Rüstəm Allahverdiyev gətirilib. O, mayın 15-dən işinin icrasına başlayacaq.

1987-ci il təvəllüdlü Rüstəm Əbülfət oğlu Allahverdiyev Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb. Müxtəlif idman qəzetlərində müxbir, 2011-2015-ci illərdə Zaqatalanın “Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Mətbuat xidməti olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol