Menu

"Neftçi" öz meydanında "Koper"ə uduzdu

17.07.2014, 21:33
"Neftçi" öz meydanında "Koper"ə uduzdu

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Azərbaycan kubokunun qalibi “Neftçi” bu mərhələdən mübarizəyə qoşulub.

Böyükağa Hacıyevin komandası öz meydanında Sloveniyanın “Koper” klubunu qəbul edib.

8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 20:00-da başlayaıb.

Belaruslu baş hakim Denis Şerbakovun idarə etdiyi oyun bakılılar üçün uğursuz startt götürüb, komandamız oyunun birinci hissəsində 0:2 hesabıyla geri düşüb. Qolları Qaleşiç (24) və Palçiç (41) vurublar. "Neftçi"nin oyunçusu Araz Abdullayev 45+1 dəqiqədə qollardan birinin əvəzini çıxıb (2:1).

Oyunun ikinci hissəsi "Neftçi"nin üstünlüyü ilə keçib. Ancaq hesab dəyişməyib.

Komandalar oyuna aşağıdakı heyətlə çıxmışdılar:

"Neftçi": Saşa Stamenkoviç, Karlos Kardoso, Elvin Yunuszadə, Bruno Bertuççi, Məqsəd İsayev, Araz Abdullayev, Flavinyo (k), Julius Vobay, Erik Ramos, Kaue Sesilyo, Ernest Nfor

"Koper": Radoseviç, Blaziç, Qubares (k), Haliloviç, Hadziç, İvetiç, Çrniqoy, Palçiç, Çovilo, Qaleşiç, Ştromajer

Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftədən sonra Sloveniyada oynanılacaq. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol