Menu

İsrail Qəzzada quru əməliyyatına başlaydı

18.07.2014, 08:29
İsrail Qəzzada quru əməliyyatına başlaydı

İsrail ordusu Qəzza zolağında “Müdafiə səddi” əməliyyatının növbəti mərhələsinə keçib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İsrail müdafiə ordusunun mətbuat xidməti bəyan edib.

Məlumata görə, qoşunların yeridilməsindən öncə Qəzza zolağı intensiv artilleriya və hava zərbələrinə məruz qalıb.

“Əməliyyatın yeni mərhələsi “Həmas”ın 10 gün ərzində İsraili raket atəşinə tutması və vəziyyətin nizamlanmasına dair təkliflərin rədd edilməsindən sonra başlanılıb”, İsrail müdafiə ordusunun mətbuat xidməti qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol