«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Qırğızstanın paytaxtı Bişkək şəhərində 5 yaşlı oğlan uşağı respublika rekordu vurub - 3 tonluq maşını 34 metr məsafəyə dartıb aparıb. Bu barədə uşağın məşqçisi məşhur pəhləvan Nurlan Əlişirov «RİA Novosti» agentliyinə danışıb.
«O, çox istedadlı uşaqdır. Biz onu bu yarışa yarım il hazırlamışıq. Hal-hazırda onun Amerikaya getməsi və orada çıxış etməsi istiqamətində danışıqlar gedir. Mənə elə gəlir ki, onun istedadını inkişaf etdirmək lazımdır» - deyə, Əlişirov biddirib.
Rekordçu oğlanın adı gizli saxlanır, özü isə maskada çıxış edib. Nədən ki, valideynləri «onun şəxsiyyətini reklam etmək istəməyiblər». Əlişirovun sözlərinə görə, uşağı «Nurqırğız» deyə, çağırırlar. Məşqçi əlavə edib ki, şagirdi ilə birlikdə yeni nömrələr hazırlayırlar.
Bu xəbər lap Azərbaycanın xalq nağılları kitabındakı «Uşaq pəhləvan» nağılını xatırladır...


Şərhlər