Menu

Vüsal Hüseynova  ali xüsusi rütbə veriləcəyi gözlənilir

04.05.2018, 10:51
Vüsal Hüseynova  ali xüsusi rütbə veriləcəyi gözlənilir

“Dövlət Miqrasiya Xidmətində kadr dəyişiklikləri ilə bağlı əsaslı addımlar atılmayıb”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən bildirilib.

Qurumdan verilən açıqlamaya görə, DMX-nın yeni rəisi Vüsal Hüseynov keçirdiyi müşavirədə bildirib ki, kadr islahatları olacaq: “Lakin hazırda kadr dəyişiklikləri ilə bağlı əsaslı addımlar atılmayıb”.

DMX-dan o da bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov hazırda ali xüsusi rütbə daşımır.

Qeyd edək ki, vəzifəsinə uyğun olaraq V.Hüseynova ali xüsusi rütbə veriləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol