"Büdcə sistemi haqqında" qanuna uyğun olaraq gömrük rüsumlarının proqnozlaşdırılması aparılır".
Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
"Gömrük tariflərinə yenidən baxılmasına lüzum görmürük. Əgər xarici ticarət iştirakçıları təkliflər verərsə, gömrük tariflərinə baxıla bilər. İlin ortasında bu cür hallar adətən az olur. Ötən il Nazirlər Kabinetinin 500 saylı qərarı ilə yeni gömrük tarifləri təsdiq olunub", - o əlavə edib.


Şərhlər
Niyə? Kərə yağının idxal gömrük dərəcəsini üç dəfə azaltdınız.Bu nə verdi?Cəmi 0.5 manat.Gömrük dərəcələri gömrükdən yan keçirilən monopolist mallarına tətbiq olunmur ( çox vaxt bu mallar heç gömrüyün yanından belə keçmir ),monopolistlər istədikləri qazancı bu kasıb millətin cibindən çıxarırlar.Gömrük dərəcələri o qədər yüksək və əsassızdır ki,adi vətəndaş qanuni yolla mallarını gömrükdən keçirdikdə zərərlə satmağa məcbur olur.Gömrük dərəcələrinin olduqca yüksək olması azad rəqabət bazarına ağır zərbə vuru