Menu

Paşinyanın əleyhinə səs vermiş deputat partiyadan çıxarıldı

04.05.2018, 22:57
Paşinyanın əleyhinə səs vermiş deputat partiyadan çıxarıldı

Ermənistan parlamentinin deputatı Aqvan Vardanyan daxil olduğu fraksiyanın rəsmi mövqeyinə zidd olaraq müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsinin əleyhinə səs verdiyinə görə Daşnaksütun sıralarından xaric edilib. Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə federasiyanın bəyanatında deyilir.

“Aqvan Vardanyan barəsində nizam-intizam məsələsini müzakirə edərək, Daşnaksütunun ali orqanı onun partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edib”, - bəyanatda qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol