Menu

Azərbaycana yeni səfir təyin edildi

05.05.2018, 12:26
Azərbaycana yeni səfir təyin edildi

Peru hökuməti Mariya Kastanyon Seoanı Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri elan edib.

Trend-in məlumatına görə, bununla bağlı müvafiq sənədi Peru Prezidenti Martin Alberto Viskarra Kornexo və xarici işlər naziri Nestor Popolisio imzalayıb.

Qeyd edək ki, Perunun Azərbaycandakı səfirliyi 2017-cu ilin iyunundan fəaliyyətə başlayıb.

İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ildə qurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol