Menu

AZAL-dan Ukrayna reysləri ilə bağlı açıqlama

18.07.2014, 10:28
AZAL-dan Ukrayna reysləri ilə bağlı açıqlama

"Bu gün AZAL-ın Kiyevə olan reysi baş tutacaq".

"Qafqazinfo"nun məlumatına görə, bu barədə 1news.az-a AZAL mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli danışıb.

Ukraynadakı təyyarə qəzasından xəbərdar olduqlarını deyən M.Səfərli dünən də Ukraynaya uçuşun baş tutduğunu bildirib. Mətbuat xidmətinin rəhbəri uçuşların dayandırılması ilə bağlı bundan sonra veriləcək qərardan xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, bir çox aviaşirkətlər Ukraynaya və Ukrayna üzərindən uçuşları dayandırıblar. Almaniyanın "Lufthansa", Türkiyənin "Türkish Airlines", Rusiyanın "Аэрофлот" şirkətləri bunu rəsmi şəkildə elan ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol