Menu

MİDA-nın sistemində problem yaranıb - Mənzillərin hamısı satılıb

07.05.2018, 14:36
MİDA-nın sistemində problem yaranıb - Mənzillərin hamısı satılıb

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı sosial mənzilləri almaq istəyən insanlar ciddi çətinliklə üzləşiblər.

Bu barədə “Report”a qurumun Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu-8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksində mənzil almaq istəyən şəxslər məlumat verib.

Onlar qeyd edib ki, mənzillərin satışa çıxarıldığı e-gov.az saytına saat 10:00-dək daxil olmaq mümkün olub, lakin 10:00-dan sonra sayt işləməyib.

"Yeddi cəhddən sonra sistemə yalnız saat 11:08-də daxil ola bildim. Həmin vaxt 260 mənzildən cəmi 6-sı qalmışdı. Onlardan birini seçmək istədim. Lakin bu da mümkün olmadı", - deyə, adının çəkilməsini istəməyən vətəndaş bildirib.

Vətəndaşların bir qismi isə sistemdən avtomatik olaraq uzaqlaşdırılıb.

Bu gün saat 11:10-da, yəni mənzillərin satışa başlandığı 1 saat 10 dəqiqə keçəndən sonra bütün 260 mənzilin hamısının satıldığı məlum olub.

Məsələ ilə bağlı MİDA açıqlama verməyib.

Qeyd edək ki, bu gündən etibarən MİDA Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına başlayıb. Satış avqustun 7-nə qədər davam edəcək. Kompleks ərazisində ümumilikdə 29 binanın tikintisi nəzərdə tutulub.

Şərhlər

fikrət 2018-05-07 14:36:11

bu mida az axırıncı variantı idi yalandan camaatla məzələnirdilər kimdi kasıba ev verən özyetimlərinə payladılar sistemi isə özləri çökdürdülər.saat 8-dən sistemdə idim özləri vurub sistemdən çıxartdılar sisdemdən.

Bəhram Cəfəroglu 2018-05-07 14:36:11

Siуasəтimiz korpə тəfəkkürlü Soveт PİONERi kimi "Həmişə ha zırıq!" raporтu vərdişindədir. Əvvəla, dovləт-hokuməт lapdan saуsız ev-тikənlərlə rəqabəтə başladı? Şaşqınlıq, hədsiz risq və xərclər orтadadır. 1.Oncə тələbaт-porтfeli olmalıуdı. 2.Porтfelə uуgun da laуihə seçilməli. 3.Bina sokmə işi daha müəmmalıdır? 4.Nədən soküləcək bina sakinlərinə hazır-boş mənzillər тəklif edilməsin? 5.Hər iki тəklif üzrə əlavə xərcsiz sərfəli, risqsiz və novbəli тəminaт mümkündür!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol