Menu

"Vətən sizi gözləyir" - Fuad Muradov

07.05.2018, 16:39
"Vətən sizi gözləyir" - Fuad Muradov

"Bəzi marginal qruplar Azərbaycanın stabilliyinə xələl gətirmək istəyirlər. Azərbaycan dövləti güclü və müstəqildir. Üzümü həmin o marginal qruplara tutaraq deyirəm ki, heç kim müstəqilliyimizi, dövlətçiliyimizi sarsıda bilməz".

APA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Hamını əməkdaşlığa dəvət edən Dövlət Komitəsinin sədri qeyd edib ki, yaxın müddətdə diaspor sahəsində böyük nəticələr əldə ediləcək: "Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildikdən sonra facebook, tvitter üzərindən yüzlərlə məktub almışam. Bu gün diasporda bir canlanma müşahidə olunur. Xaricdə yaşayan azərbaycanlılar üçün bir şüar olmalıdır: "Vətən uzaqda deyil. Vətən sizi gözləyir".

Şərhlər

t.ədalət 2018-05-07 16:39:50

Komitə sədrinin çıxışı məktəblilərin yazdığı inşa yazılarına bənzəyir.Bu komitənin işi çox çətindir.Buraya rəhbərlik etmək üçün Azərbaycan tarixini,Azərbaycan məfkurəsini və mədəniyyətini,ədəbiyyatını,mühacirət həyatı yaşamış dəyərli insanların ömür yolunu öyrənmək lazımdır.Quru sözçülüklə bu Komitəni irəliyə daşımaq olmaz.

hop-hopnamə 2018-05-07 16:39:50

Sizi tənqid edənləri (mühacirətdə olanlar) susdurmaq üçün yeni rora salma metodu deyəsən işləyib hazırlamısınız. İstəmiqsinizsə tənqid olunasınız, çox yox onlar dediklərinin 10-ca faizini düzəldin, əgər bacarırsınızsa.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol