Menu

Cəlilabadda qadın ürəyindən bıçaqlanıb

08.05.2018, 22:22

bicaqCəlilabadda qadın bıçaqlanıb. APA-nın cənub bürosunun məlumatına görə, 53 yaşlı Səmayə Əliyeva bıçaq xəsarəti ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Aparılan müayinələr zamanı S.Əliyevanın ürək nahiyəsindən bıçaqlandığı məlum olub.

Yaralı dərhal cərrahiyə şöbəsində əməliyyata götürülüb.

Hadisənin hansı səbəbdən baş verməsi isə hələlik məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol