Menu

İsrail qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirdi! - Suriya ilə sərhəddə

09.05.2018, 00:09
İsrail qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirdi! - Suriya ilə sərhəddə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrail Suriya ilə sərhəddə öz qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirib.

Verilən xəbərə görə, İsrail ordusu Suriyada İran silahlı qüvvələrinin «qeyri-adi fəallığı»nı qeydə alıb - düşmənin mümkün hücumuna hazırlıq işləri görülür. Xəbəri İsrail ordusunun mətbuat xidməti yayıb.

«İsrailin müdafiə ordusu (SAXAL) yerli hakimiyyət orqanlarına Qolan yüksəkliyində yerləşən yeraltı sığınacaqları açmaq və istifadəyə hazırlamaq barədə sərəncam verib. Bundan başqa, ərazidə müdafiə sistemləri yerləşdirilib - İsrailin müdafiə ordusu mümkün hücuma qarşı yüksək hazırlıq vəziyyətindədir» - deyə, hərbçilər bildiriblər.

Suriya ilə sərhəd bölgəsinin əhalisinə tövsiyyə olunub ki, hakimiyyətin təlimatlarını izləsinlər - təlimatlar ehtiyac yarandıqca buraxılacaq.

Hərbçilər əmin edirlər ki, ordu «müxtəlif senarilərə» hazırdır və ixtiyari təcavüzə «qətiyyətli cavab» veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol