Menu

BMT Baş katibi də narahatdır! - ABŞ-ın nüvə sazişindən çıxmasından

09.05.2018, 16:27
BMT Baş katibi də narahatdır! - ABŞ-ın nüvə sazişindən çıxmasından

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quttereş ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxmasından narahatdır.

Bu barədə onun bəyanatında deyilir. Bəyanat BMT-nin saytında dərc olunub.

Quttereş qeyd edib ki, İranla bağlanmış saziş - nüvə silahının yayılmaması və diplomatiya sahəsində nəhəng nailiyyətdir və sülhə, təhlükəsizliyə xidmət edir.

Baş katib digər ölkələri sazişə sadiq qalmaq üçün səylər göstərməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol