"Biz istiqamətimizi dəyişdirmirik, işimizi davam etdiririk".
APA-nın xəbərinə görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Ə. Qarayev bildirib ki, turizm sənayesi artıq iqtisadi axınla idarə olunacaq: "Çünki Azərbaycan turizmi iqtisadiyyatımıza böyük töhfə verməkdədir. Mədəniyyət işçiləri də Azərbaycanın təbliğində, tanınmasında, turistlərin cəlb olunmasında, onlarla layihələrin həyata keçirilməsində fəaliyyətə davam edəcək. Bizim muzeylərdə, qoruqlarda, hər sahədə görülən işlər Azərbaycanı tanıtmağa, dərindən öyrənməyə imkan verir".
Nazir Mədəniyyət Nazirliyində kadr islahatlarının da olacağını vurğulayıb: "Sözsüz ki, kadr islahatları olacaq. Yenilik həmişə lazımdır".


Şərhlər
MM-də kadr islahatlarına birinci Əbülfəz Qarayevdən və onun müavini Ədalətdən başlamaq lazimdir.Çunki mədəniyyəti dəfin ediblər ....Əgər bir ölkədə yerindən duran kino cəkir və küçə adamlarını da gicbəsər seriallarda baş rollara cəkirsə,bu nazir hara baxir?nə işlə məsquldur?hanı MN-nə ayrılan pullar?Niyə təcrübəli peşəkar rejissorlar kənarda qalıb?Niyə əsil aktyor və rejissorlar,tanımış sənət adamları zarincı vəziyyətinə salınıb?Rejisor nəinki filim əkməyə heç siqaret almaqa pul tapmır.